AZ

Françesko Kalzona: "Müdafiədə ideal deyildik"

"Oyunumuz xoşuma gəldi və biz topa nəzarət etdik"

İdman.biz xəbər verir ki, bunu Slovakiyanın baş məşqçisi Françesko Kalzona deyib.

İtaliyalı mütəxəssis UEFA Millətlər Liqasında millimizlə oyunda qeydə 2:0 hesablı qələbəni şərh edib: "Komandanın müdafiəsi ideal deyil, bu istiqamətdə işləmək lazımdır. Biz Estoniya ilə oyunda olduğu kimi sabit komanda olduğumuzu nümayiş etdirik. İstənilə rəqibə öz oyunumuzu diqtə edə bilirik. Sentyabr bizim üçün uğurlu keçdi və 6 xal toplaya bildik. Əldə olunan nəticələri uğurlu saymaq olar, amma hələ arzulanan hədəfə çatmamışıq".

Qeyd edək ki, Slovakiya yığması qrupda keçirdiyi hər iki oyunu qələbə ilə başa vurub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
13
idman.biz

10Mənbələr