AZ

Elmar Baxşıyev: "Fair-play" qaydalarına əməl etmirlərsə, o bayraqları stadionlardan niyə asırlar?"

"Maraqlı oyun alındı. Hər iki komanda meydanda mübarizlik nümayiş etdirdi".

İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan" baş məşqçisi Elmar Baxşıyev deyib.

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının IV turunda "Neftçi" ilə görüşdə qeydə alınan 1:1 hesablı nəticəni şərh edib. Baxşıyev rəqib komandanın "fair play" qaydalarına riayət etmədiyini bildirib: "Komanda şəklində üstün tərəf biz idik. Amma futbolun yazılmayan qanunları da var. Düşünürəm ki, bu oyunda 2 xal itirdik. "Fair-play" qaydalarına əməl etmirlərsə, o bayraqları stadionlardan niyə asırlar? Bizim də uduzdugumuz oyunlar olub, amma əməl etmişik. Rəqib bu qolu layiqli hesab edirsə, olsun. Qırmızı aldığım epizoda gəldikdə, heç kimi təhqir etməmişəm, sadəcə etirazımı bildirmişəm ki, fair-play qaydalarına niyə əməl etmirlər. Ümid edirəm ki, bir də başımıza belə iş gəlməz".

Qeyd edək ki, matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə "Araz-Naxçıvan"ın qapıçısı rəqib futbolçunun zədələndiyini nəzərə alaraq topu kənara vurub. Amma "Neftçi"nin futbolçuları həmin anda qolkiperin vaxt qazanmaq üçün bu addımı atdığını düşünərək, topu rəqibi vermək əvəzinə hücum qurublar və Ramil Şeydayev 90+4-cü dəqiqədə topu qapıdan keçirib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
13
idman.biz

10Mənbələr