AZ

“Bu gün daha yaxşı çıxış etdik” – “Araz-Naxçıvan”ın baş məşqçisi

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün Estoniya çempionu “Sillamae Silla” ilə qarşılaşan “Araz-Naxçıvan” böyükhesablı qələbə qazanıb.



Komanda.az xəbər verir ki, yenə rəqib qapısından 7 top keçirən ölkə çempionu qapısını toxunulmaz saxlayıb.



Matçdan sonra “qırmızı-ağlar”ın baş məşqçisi Vitali Borisov federasiyanın saytına açıqlama verib:



“Dünənki oyunla müqayisədə bu gün daha yaxşı oynadıq. Oyunumuzda sürət artmışdı. Düzdür, yenə qol epizodlarından istədiyimiz qədər faydalana bilmədik. Rəqibin də 4-5 qol epizodu oldu, amma qapıçılarımız yaxşı oynamaqla qapımızı toxunulmaz saxlamağı bacardılar. Son addım qalıb. İnşallah, bu iki oyunda qaçırdığımız epizodları “Uddevalla” matçda realizə edərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərVitali Borisov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
9
komanda.az

10Mənbələr