AZ

Qurban Qurbanov: "İki oyunda beş qol buraxmışıqsa..."

"Futbolçulara deyəcək söz yoxdur, sonadək mübarizə apardılar".

Bunu Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Dinamo” (Zaqreb, Xorvatiya) cavab matçından sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis 0:2 hesablı məğlubiyyəti şərh edib: "Əfsuslar olsun ki, məğlub olduq. Futbolçular çox əziyyət çəkdilər. Sonadək bizi dəstəklədikləri üçün azarkeşlərimizə təşəkkür edirəm. Qol epizodlarımız oldu. Daha çox meydanın rəqibə aid hissəsində oyunumuzu diqtə etmək istəyirdik. Müdafiəyəmeylli komanda bu epizodlardan qalib ayrılıb. Çatışmazlıqlar var və bunlara diqqət ayrılmalıyıq. Bəzi epizodlarda rəqibin ustalığını nəzərə almaq lazımdır. İstənilən halda iki oyunda beş qol buraxmışıqsa, nəyisə izah etmək düzgün çıxmaz. Belə oynayan komandaya qarşı bu qədər qol epizodu yaratmaq asan deyildi".

Aytac Sahəd
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
13
idman.biz

10Mənbələr