AZ

Sergey Yakiroviç: "Layiqli qələbə qazandıq"

"Layiq olduğumuz qələbəni əldə etdik".

İdman.biz xəbər verir ki, bunu Bakıda 2:0 hesabı ilə qalib gələn "Dinamo"nun baş məşqçisi Sergey Yakiroviçin deyib.

Bosniyalı mütəxəssis Çempionlar Liqasının pley-offunda "Qarabağ"la keçirilən cavab matçını şərh edib: "Komandamızı təbrik edirəm. Ötən oyuna əsasən apardığımız analizlər sayəsində yaxşı oyun qurduğumuzu düşünürəm. Əsasən də müdafiədə. Təbii ki, müəyyən çatışmazlıqlar da var idi. İstənilən halda bu gün çox ciddi oyun göstərə bildik".

Qeyd edək ki, Xorvatiya çempionu 1 həftə Zaqrebdə keçirilən oyunda 3:0 hesabı ilə qələbə qazanıb.

Aytac Sahəd
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
13
idman.biz

10Mənbələr