AZ

“Bu gün daha yaxşı çıxış etdik” - “Araz-Naxçıvan”ın baş məşqçisi

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün Estoniya çempionu “Sillamae Silla” ilə qarşılaşan “Araz-Naxçıvan” böyükhesablı qələbə qazanıb.

Rekord.az xəbər verir ki, yenə rəqib qapısından 7 top keçirən ölkə çempionu qapısını toxunulmaz saxlayıb.

Matçdan sonra “qırmızı-ağlar”ın baş məşqçisi Vitali Borisov federasiyanın saytına açıqlama verib:

“Dünənki oyunla müqayisədə bu gün daha yaxşı oynadıq. Oyunumuzda sürət artmışdı. Düzdür, yenə qol epizodlarından istədiyimiz qədər faydalana bilmədik. Rəqibin də 4-5 qol epizodu oldu, amma qapıçılarımız yaxşı oynamaqla qapımızı toxunulmaz saxlamağı bacardılar. Son addım qalıb. İnşallah, bu iki oyunda qaçırdığımız epizodları “Uddevalla” matçda realizə edərik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
9
rekord.az

10Mənbələr