AZ

Vitali Borisov: "Bu iki oyunda qaçırdığımız epizodları “Uddevalla” matçda realizə edərik”

"Dünənki oyunla müqayisədə bu gün daha yaxşı oynadıq". Sport24.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Vitali Borisov deyib.
 
O, fuyzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində Estoniya çempionu "Sillamae Silla" ilə keçirilən görüşü şərh edib: "Oyunumuzda sürət artmışdı. Düzdür, yenə qol epizodlarından istədiyimiz qədər faydalana bilmədik. Rəqibin də 4-5 qol epizodu oldu, amma qapıçılarımız yaxşı oynamaqla qapımızı toxunulmaz saxlamağı bacardılar. Son addım qalıb. İnşallah, bu iki oyunda qaçırdığımız epizodları "Uddevalla" matçda realizə edərik".
 
Qeyd edək ki, "Araz-Naxçıvan" qrupda keçirdiyi hər iki oyunu qələbə ilə başa vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
9
sport24.az

10Mənbələr