AZ

Rəşad Sadıqov "Qarabağ"la oyunda barədə: "Dinamo" qədər şanslı olsaydıq..."

"Oyun bizim üçün yaxşı başlamışdı. Meydanda bərabər səviyyəli mübarizə getdi".

İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının V turunda "Qarabağ"la oyundan sonra deyib.

Gənc mütəxəssis doğma azarkeşlər qarşısında qeydə alınan 1:3 hesablı məğlubiyyəti şərh edib: "Qarabağ" fərqlənəndən sonra oyunumuzun balansı pozuldu. Təhlükəli dəqiqələr idi. Üçüncü qol böyük hesablı məğlubiyyətə gətirib çıxara bilərdi. Amma futbolçularımız xarakter göstərdilər, bir qol vurdular. Çox çalışdılar, əllərindən gələni etdilər. "Qarabağ" bu gün bizdən daha yaxşı idi. Yorğun idik, itkilərimiz çoxdur. Bu oyunda da zədəlilərimiz oldu. Bu qədər problemin içində futbolçular sona qədər mübarizə apardılar. Keçirdiyimiz 12 oyunu dəyərləndirsək, futbolçuların çıxışından çox razı qalmışam. 4 oyuna altı xal yğmışıq. 2-3 gün yaxşı dincəlib, daha sonra fikrimizi çempionata verəcəyik".

Rəşad Sadıqov "Qarabağ"ın gücünü vurğulayaraq, onlarla görüşdə ələ düşən fürsətlərdən istifadənin vacibliyini vurğulayıb: "Gücləri doğru qiymətləndirmək lazımdır. "Qarabağ" hamımızdan daha yaxşıdır. İllərdir ki, çəkdikləri əziyyətin bəhrəsini görürlər. Çalışıb mübarizə aparmaq olar. Hər şey uğurlu getsə, mübarizə aparmaq olar. Bu gün nə çatmadı? "Dinamo"nun (Zaqreb) şansı. Onlar qədər şanslı olsaydıq..."Qarabağ"ın qol epizodu olmayan hücumu qolla nəticələndi. "Qarabağ" üzərində qələbə qazanmaq üçün əlinə düşən epizodları qola çevirməlisən. İlk iki qolda dərhal bizi cəzalandırdılar. Belə olan halda, mübarizə aparmaq çətindir. Futbolçuların əzmkarlığı çox xoşuma gəldi. İsmayil İbrahimli zədədən sonra bu gün ilk dəfə kollektivə qoşuldu. Məcburiyyətdən meydana daxil oldu".

Qeyd edək ki, "Zirə" çempionatda keçirdiyi 4 oyunun 2-də qələbə qazanıb, 2-də uduzub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
3
idman.biz

10Mənbələr