AZ

“Qol epizodlarından istədiyimiz qədər faydalana bilmədik” - Vitali Borisov

Çempionlar Liqasının ilkin mərhələsində bu gün Estoniya çempionu “Sillamae Silla” ilə qarşılaşan “Araz-Naxçıvan” böyükhesablı qələbə qazanıb.

“Football-plus.az” xəbər verir ki, yerə rəqib qapısından 7 top keçirən ölkə çempionu qapısını toxunulmaz saxlayıb. Matçdan sonra “qırmızı-ağlar”ın baş məşqçisi Vitali Borisov azfutzal.az saytına açıqlama verib. O, oyunlarında inkişaf olduğunu bildirib:
“Dünənki oyunla müqayisədə bu gün daha yaxşı oynadıq. Oyunumuzda sürət artmışdı. Düzdü, yenə qol epizodlarından istədiyimiz qədər faydalana bilmədik. Rəqibin də 4-5 qol epizodu oldu, amma qapıçılarımız yaxşı oynadı. Son addım qalıb. İnşallah, bu iki oyunda qaçırdığımız epizodları “Uddevalla” matçda realizə edərik”.


Qeyd edək ki, ilk oyunda Şimali İrlandiyanın“Sparta Belfast” klubuna7:1 hesabı ilə qalib gələn "Araz-Naxçıvan" avqustun 24-də İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
2
football-plus.az

10Mənbələr