AZ

Kristiano Ronaldo: “Mən kamil oyunçuyam, amma…”

Portuqaliya yğmasının veteran kapitanı, ulduz hücumçu Kristiano Ronaldo yüksək səviyyədə çıxışını necə davam etdirdiyi haqda danışıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, portuqal ulduzun bu barədə açıqlamasını təqdim edir:

“Düşünürəm ki, mən kamil bir oyunçuyam, amma hər zaman təkmilləşdirə biləcəklərim var. Yaşlandıqca, əvvəllər o qədər də yaxşı olmadığımız məqamlarımız var və bəzi qabiliyyətlərimizi itirməyə başlayırıq, ona görə də uyğunlaşmağa çalışmaq vacibdir.

Əgər oyunçu uzunömürlülük istəyirsə, o, güclü uyğunlaşma qabiliyyətinə və uyğunlaşma xüsusiyyətlərinə malik olmalıdır. Bu, etməyə çalışdığım məqamdır. Təsadüfi deyil ki, 20 ildir ki, ən yüksək səviyyədə oynayıram, bu səviyyəni saxlamaq isə çox çətindir. Yalnız böyük səy və zəhmətlə biz belə nəticələr əldə edə biləcəyik”, deyə Ronaldo vurğulayıb.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.

Ronaldo 35 qolla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının son mövsümünün ən sərrast futbolçusu olub. Bu isə bir mövsümdə vurulmuş qolların sayına görə milli birinciliyin mütləq rekordudur.

Səudiyyə Ərəbistanı Peşəkar Liqasının son mövsümündə Ronaldonun hesabında 11 məhsuldar ötürmə də var. Bu göstərici üzrə Ronaldo 3-cü olub. Eyni zamanda Ronaldo mövsümün ən səmərəli futbolçusu olub. Portuqal hücumçu vurduğu qolların (35) və verdiyi məhsuldar ötürmələrin (11) cəmi üzrə 46 xal toplayb.

Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 207 oyun keçirib, 130 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
5
arena.az

10Mənbələr