AZ

Kristiano Ronaldo fərdi göstəricilər üzrə AÇ-2024-ün ən yaxşısıdır

AÇ-2024-ün Çexiya yığması ilə 1-ci tur qrup oyununda (2:1) Portuqaliya yığmasının kapitanı, ulduz hücumçu Krsitiano Ronaldo diqqət çəkib.

Arena.az “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir ki, veteran hücumçu fərdi göstəricilər üzrə AÇ-2024-də ən yüksək nəticəyə malikdir.

Ronadlo bu oyunda rəqib qapısına zərbələrin sayına görə yarışda iştirak edən futbolçular arasında liderdir – 5 zərbə.

Həmçinin veteran hücumçu ötürmələrin dəqiqlik faizində 100%-lik nəticə göstərib. Ronaldonun 22 ötürməsinin hamısı ünvanına dəqiqliklə çatıb.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.

Ronaldo 35 qolla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının son mövsümünün ən sərrast futbolçusu olub. Bu isə bir mövsümdə vurulmuş qolların sayına görə milli birinciliyin mütləq rekordudur.
Səudiyyə Ərəbistanı Peşəkar Liqasının son mövsümündə Ronaldonun hesabında 11 məhsuldar ötürmə də var. Bu göstərici üzrə Ronaldo 3-cü olub. Eyni zamanda Ronaldo mövsümün ən səmərəli futbolçusu olub. Portuqal hücumçu vurduğu qolların (35) və verdiyi məhsuldar ötürmələrin (11) cəmi üzrə 46 xal toplayb.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 208 oyun keçirib, 130 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
11
arena.az

10Mənbələr