AZ

Kristiano Ronaldo ötən mövsümü qiymətləndirdi, hədəfini açıqladı

“Əl-Nəsr”in portuqal ulduzu Kristiano Ronaldo geridə qalmış 2023/2024-cü illər mövsümünü qiymətlənidirib, növbəti mövsümə hədəfini açıqlayıb.

Arena.az “CristianoXtra” dərgisinə istinadən, portuqal hücumçunun ötən mövsüm haqda karyerası nöqteyi-nəzərindən fikirlərini təqdim edir:

“Özümü çox xoşbəxt hiss edirəm. Qol və ötürmə baxımından bəlkə də karyeramın ən yaxşı mövsümlərindən biri idi. Tərəfdaşlarıma təşəkkür etmək istərdim, çünki onlarsız fərdi nailiyyətlər mümkünsüzdür. Bir mövsümdə vurulmuş qolların sayına görə Səudiyyə Ərəbistanı Çempionatının rekordunu qırdığım üçün fəxr edirəm”, deyə “Kriş” bildirib.

Həminin ulduz hücumçu növbəti, 2024/2025-ci illər mövsümünə hədəfini açıqlayıb:

“Düşünürəm ki, hər mövsüm üçün məqsədlər eynidir: əlimdən gələni etmək və qənimətlər qazanmaq. Mümkünsə, fərdi mükafatlar toplamaq. Amma mənim əsas məqsədim, olduğu kimi qalmaq, bu mövsüm məni gördüyünüz Kristiano olmaq, “Əl-Nəsr” və Portuqaliya yığması ilə əlimdən gələni etmək və məqsədlərimə çatmaqdır. Öz səviyyəmi qorumaq – mənim axtardığımdır”, – “Goal” dərgisi Ronaldodan sitat gətirir.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.

Ronaldo 35 qolla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusu olub. Bu isə bir mövsümdə vurulmuş qolların sayına görə milli birinciliyin mütləq rekordudur.
Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümündə Ronaldonun hesabında 11 məhsuldar ötürmə də var. Bu göstərici üzrə Ronaldo 3-cüdür.

Eyni zamanda Ronaldo cari mövsümün ən səmərəli futbolçusudur. Portuqal hücumçunun hesabında vurduğu qolların (35) və verdiyi məhsuldar ötürmələrin (11) cəmi üzrə 46 xal var.

Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 206 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
11
arena.az

10Mənbələr