AZ

“Kristiano Ronaldo ən yaxşı olmaq arzusundadır, bu, yoluxucudur”

Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines komandanın 39 yaşlı veteran ulduz hücumçusu Kristiano Ronaldo haqda danışıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Onun əldə etdiyi nailiyyətlərə çox oyunçu çatmayıb. O, bir çox cəhətdən nümunə kimi xidmət edir. Milli komandasında 200-dən çox oyun keçirmiş yeganə futbolçu olması da ciddi nailiyyətdir. Kristiano haqqında məni həmişə təəccübləndirən, onun yaşına necə meydan oxumasıdır. Hər məşqdən sonra mən və həmkarlarım heyrətlənirik ki, artıq hər şeyə nail olmuş və məşqdə yükü özü tarazlaya bilən oyunçunu qələbə qazanmaq istəyi ilhamlandırır. O, ən yaxşı olmaq arzusuna giriftardır, karyerasında nail olmaq istədiyi mükəmməllik fikri ilə məşğuldur. Bu, yoluxucudur.

Milli komandaya gələn gənc futbolçular bir insanı, futbolçunu, qürur duyduqları kumiri görürlər. Onun davranışı təsvirəsığmazdır və Portuqaliyanın dəyər verməli olduğu bir məqamdır. Pepe və Ronaldo kimi futbolçular nümunə göstərsələr və təcrübələrini ötürsələr, gələcək nəsilləri daha yaxşı edəcəklər”, deyə Martines vurğulayıb.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.

Ronaldo 35 qolla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının son mövsümünün ən sərrast futbolçusu olub. Bu isə bir mövsümdə vurulmuş qolların sayına görə milli birinciliyin mütləq rekordudur.

Səudiyyə Ərəbistanı Peşəkar Liqasının son mövsümündə Ronaldonun hesabında 11 məhsuldar ötürmə də var. Bu göstərici üzrə Ronaldo 3-cü olub. Eyni zamanda Ronaldo mövsümün ən səmərəli futbolçusu olub. Portuqal hücumçu vurduğu qolların (35) və verdiyi məhsuldar ötürmələrin (11) cəmi üzrə 46 xal toplayb.

Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 206 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
11
arena.az

10Mənbələr