AZ

Kristiano Ronaldo üçün rekord və antirekord

Almaniyada keçirilən AÇ-2024-də Portuqaliya millisinin ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo əlamətdar məqamlar yaşayıb.

Arena.az məlumat verir ki, Ronaldo mötəbər yarışlar (Dünya və Avropa çempionatları) tarixində 50-ci dəfə meyana çıxmış ilk avropalı futbolçu olub.

Bu, AÇ-2024-ün qrup mərhələsinin sonuncu, 3-cü turu çərçivəsində “F” qrupunda Gürcüstan millisi ilə oyuna (0:2) təsadüf edib.

Ronaldo ilk dəfə bu aqibətlə üzləşdi

Bu rekordun möhtəşəmliyi mənzərəsində Ronaldo karyerası ərzində fantastik uğursuzluğa imza atıb. Portuqal ulduz mötəbər yarşlarda keçirdiyi qrup mərhələsi oyunlarında ilk dəfə olaraq heç bir qol vura bilməyib. AÇ-2024-ün qrup mərhələsində keçirdiyi 3 oyunda Ronaldo cəmi 1 məhsuldar ötürmə verib.

Vurğulayaq ki, Ronaldo Portuqaliya yığmasının iştirak etdiyi əvvəlki 10 böyük yarışın qrup mərhələlərinin hər birində qollar vurub: 2004, 2008, 2012, 2016 və 2020-ci illərin Avropa çempionatlarında, 2006, 2010, 2014, 2018 və 2022-ci illərin dünya çempionatında.

Xatırladaq ki, Gürcüstan millisinə məğlubiyyətinə rəğmən, Portuqaliya yığması “F” qrupunu 6 xalla qalib olaraq tamalayıb və yarışın 1/8 final mərhələsində Sloveniya yığması ilə qarşılaşacaq. Beləliklə, Ronaldonun AÇ-2024-də öz sözünü deməyə hələ imkanı olacaq.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.

Ronaldo 35 qolla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının son mövsümünün ən sərrast futbolçusu olub. Bu isə bir mövsümdə vurulmuş qolların sayına görə milli birinciliyin mütləq rekordudur.

Səudiyyə Ərəbistanı Peşəkar Liqasının son mövsümündə Ronaldonun hesabında 11 məhsuldar ötürmə də var. Bu göstərici üzrə Ronaldo 3-cü olub. Eyni zamanda Ronaldo mövsümün ən səmərəli futbolçusu olub. Portuqal hücumçu vurduğu qolların (35) və verdiyi məhsuldar ötürmələrin (11) cəmi üzrə 46 xal toplayb.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 210 oyun keçirib, 130 qol vurub və 47 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
11
arena.az

10Mənbələr