AZ

Kristiano Ronaldo Dubayda adalardan birində torpaq sahəsi aldı

“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo ailəsi ilə birlikdə Dubayda süni Cumeyra Bey adasında torpaq sahəsi alıb.

Arena.az bu barədə “Ge.Globo” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, bu sövdənin dəyəri 25 milyon avro məbləğində olub.

Cumeyra Bey adası, Dubay şəhərinin ilə 300 metr uzunluğunda bir körpü ilə bağlıdır. Xarici görkəmcə, ada dəniz atına bənzəyir. Ada üzərində yalnız dəbdəbəli daşınmaz əmlakların tikildiyi bildirilir.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.

Ronaldo 35 qolla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının son mövsümünün ən sərrast futbolçusu olub. Bu isə bir mövsümdə vurulmuş qolların sayına görə milli birinciliyin mütləq rekordudur.

Səudiyyə Ərəbistanı Peşəkar Liqasının son mövsümündə Ronaldonun hesabında 11 məhsuldar ötürmə də var. Bu göstərici üzrə Ronaldo 3-cü olub. Eyni zamanda Ronaldo mövsümün ən səmərəli futbolçusu olub. Portuqal hücumçu vurduğu qolların (35) və verdiyi məhsuldar ötürmələrin (11) cəmi üzrə 46 xal toplayb.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 209 oyun keçirib, 130 qol vurub və 47 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
91
11
arena.az

10Mənbələr