AZ

AÇ-2024: Süni zəka Ronaldonu ən yaxşı 3 oyunçudan biri sayır

Süni zəka portuqal ulduz hücumçu Kristiano Ronaldonu AÇ-2024-ün ən yaxşı oyunçusu mükafatına üç əsas namizəddən biri adlandırıb.

Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.

Süni zəka həmçinin hesab edir ki, Fransa yığmasının mərkəz hücumçusu Kilian Mbappe və İngiltərə yığmasının mərkəz hücumçusu Harri Keynin bu mükafatı qazanmaq imkanı yüksəkdir.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatının final mərhələsi Almaniyanın 10 şəhərində keçiriləcək. Qitə birinciliyi düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. Portuqaliya yığması mötəbər yarışda səfərinə Çexiya, Türkiyə və Gürcüstan yığmaları ilə “F” qrupundan başlayacaq.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.

Ronaldo 35 qolla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının son mövsümünün ən sərrast futbolçusu olub. Bu isə bir mövsümdə vurulmuş qolların sayına görə milli birinciliyin mütləq rekordudur.

Səudiyyə Ərəbistanı Peşəkar Liqasının son mövsümündə Ronaldonun hesabında 11 məhsuldar ötürmə də var. Bu göstərici üzrə Ronaldo 3-cü olub. Eyni zamanda Ronaldo mövsümün ən səmərəli futbolçusu olub. Portuqal hücumçu vurduğu qolların (35) və verdiyi məhsuldar ötürmələrin (11) cəmi üzrə 46 xal toplayb.

Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 206 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
11
arena.az

10Mənbələr