AZ

Roberto Martines Kristiano Ronaldonu dəstəklədi

Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines ulduz hücumçu, komandanın kapitanı Kristiano Ronaldoya dəstək nümayiş etdirib.

Arena.az xəbər verir ki, Ronaldo AÇ-2024-ün 1/8 finalında Sloveniya yığmasına qarşı keçirdikləri oyunun 105-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirə bilməyib. 39 yaşlı ulduz bir neçə standart vəziyyəti də əldən verib.

“Kristiano – təcrübəsində altı Avropa çempionatı olan yeganə oyunçudur və o, hələ də özünü gənc hesab edir. Bu duyğular inanılmazdır. Mən, ona, elə, belə olduğu üçün də minnətdarlığımı bildirmək istəyirəm”, deyə Roberto Martines vurğulayıb.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.

Ronaldo 35 qolla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının son mövsümünün ən sərrast futbolçusu olub. Bu isə bir mövsümdə vurulmuş qolların sayına görə milli birinciliyin mütləq rekordudur.

Səudiyyə Ərəbistanı Peşəkar Liqasının son mövsümündə Ronaldonun hesabında 11 məhsuldar ötürmə də var. Bu göstərici üzrə Ronaldo 3-cü olub. Eyni zamanda Ronaldo mövsümün ən səmərəli futbolçusu olub. Portuqal hücumçu vurduğu qolların (35) və verdiyi məhsuldar ötürmələrin (11) cəmi üzrə 46 xal toplayb.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 211 oyun keçirib, 130 qol vurub və 47 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
11
arena.az

10Mənbələr