Rusiyanın Kemerovo vilayətindəki "Magistral" sanatoriyasında 35 uşaq zəhərlənmə əlamətləri ilə həkimə müraciət edib.
Publika.az TASS-a istinadən xəbər verir ki, "Rospotrebnadzor" kəskin bağırsaq infeksiyasının qeydə alınması ilə bağlı sanitar-epidemioloji araşdırmaya başlayıb.
İlkin məlumatlara görə, buna səbəb norovirus infeksiyası olub.
"Uşaqlar lazımi müalicə alır və həkim nəzarətindədirlər”, - məlumatda bildirilir.