AZ

Rusiyada dəmiryol sanatoriyasında zəhərlənən uşaqların sayı 35-ə yüksəlib

Rusiyanın Kemerovo vilayətindəki "Magistral" sanatoriyasında 35 uşaq zəhərlənmə əlamətləri ilə həkimə müraciət edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Rospotrebnadzor" kəskin bağırsaq infeksiyasının qeydə alınması ilə bağlı sanitar-epidemioloji araşdırmaya başlayıb.

İlkin məlumatlara görə, buna səbəb norovirus infeksiyası olub.

"Uşaqlar lazımi müalicə alır və həkim nəzarətindədirlər", - məlumatda bildirilir.

Bundan əvvəl Rusiya İstintaq Komitəsinin Kemerovo vilayəti üzrə idarəsi cinayət işi başladıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
83
5
milli.az

10Mənbələr