AZ

Rusiyada dəmiryol sanatoriyasında zəhərlənən uşaqların sayı 35-ə yüksəlib

Rusiyanın Kemerovo vilayətindəki "Magistral" sanatoriyasında 35 uşaq zəhərlənmə əlamətləri ilə həkimə müraciət edib.

7News.Az TASS-a istinadən xəbər verir ki, "Rospotrebnadzor" kəskin bağırsaq infeksiyasının qeydə alınması ilə bağlı sanitar-epidemioloji araşdırmaya başlayıb.

İlkin məlumatlara görə, buna səbəb norovirus infeksiyası olub.

"Uşaqlar lazımi müalicə alır və həkim nəzarətindədirlər”, - məlumatda bildirilir.

Bundan əvvəl Rusiya İstintaq Komitəsinin Kemerovo vilayəti üzrə idarəsi cinayət işi başladıb.
 
 

Seçilən
81
5
7news.az

10Mənbələr