AZ

Sanatoriyada 25 uşaq zəhərləndi

Rusiyanın Kemerovo vilayətinin Salair şəhərindəki “Magistral” sanatoriyasında istirahət edən uşaqlar zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsindən məlumat verilib.

“10-12 yaşlı 25 uşaq bağırsaq infeksiyası əlamətləri ilə tibbi yardıma müraciət edib. Həkimlər uşaqları müayinə edib, səhhəti təhlükə altında deyil”, - məlumatda qeyd olunub.

Məlumata görə, “Rospotrebnadzor”un regional şöbəsi qurumun fəaliyyətini dayandırmaq üçün tədbirlər görür.

Seçilən
116
4
bakivaxti.az

10Mənbələr