AZ

Rusiyada sanatoriyada zəhərlənən uşaqların sayı 35-ə yüksəldi

Rusiyanın Kemerovo vilayətindəki "Magistral" sanatoriyasında 35 uşaq zəhərlənmə əlamətləri ilə həkimə müraciət edib.

Publika.az TASS-a istinadən xəbər verir ki, "Rospotrebnadzor" kəskin bağırsaq infeksiyasının qeydə alınması ilə bağlı sanitar-epidemioloji araşdırmaya başlayıb.

İlkin məlumatlara görə, buna səbəb norovirus infeksiyası olub.

"Uşaqlar lazımi müalicə alır və həkim nəzarətindədirlər”, - məlumatda bildirilir.

Seçilən
101
5
publika.az

10Mənbələr