AZ

Rusiyada zəhərlənən uşaqların sayı 35-ə yüksəldi

Rusiyanın Kemerovo vilayətindəki "Magistral" sanatoriyasında 35 uşaq zəhərlənmə əlamətləri ilə həkimə müraciət edib. SİA TASS-a istinadən xəbər verir ki, "Rospotrebnadzor" kəskin bağırsaq infeksiyasının qeydə alınması ilə bağlı sanitar-epidemioloji araşdırmaya başlayıb. İlkin məlumatlara görə, buna səbəb norovirus infeksiyası olub.

"Uşaqlar lazımi müalicə alır və həkim nəzarətindədirlər”, - məlumatda bildirilir. Bundan əvvəl Rusiya İstintaq Komitəsinin Kemerovo vilayəti üzrə idarəsi cinayət işi başladıb.

Seçilən
93
5
sia.az

10Mənbələr