AZ

Rusiyada sanatoriyada 25 uşaq zəhərləndi

Rusiyanın Kemerovo vilayətinin Salair şəhərindəki "Magistral" sanatoriyasında istirahət edən uşaqlar zəhərlənib.
 
Bu barədə Rusiya İstintaq Komitəsindən məlumat verilib.
 
"10-12 yaşlı 25 uşaq bağırsaq infeksiyası əlamətləri ilə tibbi yardıma müraciət edib. Həkimlər uşaqları müayinə edib, səhhəti təhlükə altında deyil", - məlumatda qeyd olunub.
 
Məlumata görə, "Rospotrebnadzor"un regional şöbəsi qurumun fəaliyyətini dayandırmaq üçün tədbirlər görür.
Seçilən
80
4
moderator.az

10Mənbələr