AZ

"Araz-Naxçıvan" ÇL-də növbəti oyununa çıxır

Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edən “Araz-Naxçıvan” bu gün növbəti oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, yarışa ilkin mərhələdən başlayan ölkə çempionu Estoniyanın “Sillamae Silla” kollektivi ilə qarşılaşacaq.

Matç H qrupunun oyunlarının keçirildiyi İsveçin Udevalla şəhərində yerləşən “Agnebergshallen” zalında baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. 
Qeyd edək ki, “Araz-Naxçıvan” ilk oyununda “Sparta Belfast” üzərində 7:1 hesablı qələbə qazanıb. Qrupun digər oyununda isə “Sillamae Silla” yerli “Uddevalla”ya 3:10 hesabı ilə məğlub olub.

UEFA Çempionlar Liqası
İlkin mərhələ, H qrupu
22 avqust

18:00. “Sillamae Silla” (Estoniya) – “Araz-Naxçıvan”
Hakimlər: Daniel Stauber (Avstriya), Trayan Enchev (Bolqarıstan), Pavel Tokarevicz (Polşa)
Timekeeper: Kastriot Gerxhaliu (İsveç)
Hakim-inspektor: Timo Onatsu (Finlandiya)
UEFA nümayəndəsi: Andris Utinans (Latviya)
Uddevalla. Agnebergshallen

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
6
fanat.az

10Mənbələr