AZ

“Araz-Naxçıvan”ın ikinci sınağı

Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” bu gün ilkin mərhələdə ikinci oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir ki, H qrupunda yer alan ölkə çempionu Estoniyanın “Sillamae Silla” kollektivi ilə qarşılaşacaq.

İsveçin Udevalla şəhərində yerləşən “Agnebergshallen” zalında keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Qrupun digər matçında Şimali İrlandiyanın “Sparta Belfast” komandası yerli “Uddevalla” ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” ilk oyununda “Sparta Belfast” üzərində 7:1 hesablı qələbə qazanıb. “Sillamae Silla” isə “Uddevalla”ya 3:10 hesabı ilə məğlub olub.

22 avqust

18:00. “Sillamae Silla” – “Araz-Naxçıvan”

Hakimlər: Daniel Stauber (Avstriya), Trayan Enchev (Bolqarıstan), Pavel Tokarevicz (Polşa)

Timekeeper: Kastriot Gerxhaliu (İsveç)

Hakim-inspektor: Timo Onatsu (Finlandiya)

UEFA nümayəndəsi: Andris Utinans (Latviya)

Uddevalla. Agnebergshallen

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
6
futbolinfo.az

10Mənbələr