AZ

Bu gün saat 18:00: “Sillamae Silla” – “Araz-Naxçıvan”

Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” bu gün ilkin mərhələdə ikinci oyununa çıxacaq. H qrupunda yer alan ölkə çempionu Estoniyanın “Sillamae Silla” kollektivi ilə qarşılaşacaq.
İsveçin Udevalla şəhərində yerləşən “Agnebergshallen” zalında keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Qrupun digər matçında Şimali İrlandiyanın “Sparta Belfast” komandası yerli “Uddevalla” ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” ilk oyununda “Sparta Belfast” üzərində 7:1 hesablı qələbə qazanıb. “Sillamae Silla” isə “Uddevalla”ya 3:10 hesabı ilə məğlub olub.
 
22 avqust
 
“Sillamae Silla” – “Araz-Naxçıvan”
Agnebergshallen. Saat 18:00
Hakimlər: Daniel Stauber (Avstriya), Trayan Enchev (Bolqarıstan), Pavel Tokarevicz (Polşa)
Timekeeper: Kastriot Gerxhaliu (İsveç)
Hakim-inspektor: Timo Onatsu (Finlandiya)
UEFA nümayəndəsi: Andris Utinans (Latviya)
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
1
affa.az

10Mənbələr