AZ

“Araz-Naxçıvan”ın ilk sınağı

Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” bu gün ilkin mərhələdə birinci oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir ki, H qrupunda yer alan təmsilçimiz ilk oyununu Şimali İrlandiyanın “Sparta Belfast” kollektivinə qarşı keçirəcək.

İsveçin Udevalla şəhərində yerləşən “Agnebergshallen” zalında keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Qrupun digər matçında Estoniyanın “Sillamae Silla” komandası yerli “Uddevalla” ilə qarşılaşacaq.

Qeyd edək ki, qrupun növbəti oyunları avqustun 22-də və 24-də keçiriləcək. Bütün görüşlər İsveçdə təşkil olunacaq.

Çempionlar Liqası

İlkin mərhələ, H qrupu

21 avqust

18:00. “Araz-Naxçıvan” – “Sparta Belfast”

Hakimlər: Trayan Enchev (Bolqarıstan), Yasin Alageyik (Belçika), Daniel Stauber (Avstriya)

Timekeeper: Kastriot Gerxhaliu (İsveç)

Hakim-inspektor: Timo Onatsu (Finlandiya)

UEFA nümayəndəsi: Andris Utinans (Latviya)

Uddevalla. “Agnebergshallen”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
6
futbolinfo.az

10Mənbələr