AZ

“Araz-Naxçıvan” Çempionlar Liqasında ikinci sınağına çıxır

Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” bu gün ilkin mərhələdə ikinci oyununa çıxacaq. Matc.az xəbər verir ki, H qrupunda yer alan ölkə çempionu Estoniyanın “Sillamae Silla” kollektivi ilə qarşılaşacaq. İsveçin Udevalla şəhərində yerləşən “Agnebergshallen” zalında keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Qrupun digər matçında Şimali İrlandiyanın “Sparta Belfast” komandası yerli “Uddevalla” ilə üz-üzə gələcək. Qeyd edək ki, “Araz-Naxçıvan” ilk oyununda “Sparta Belfast” üzərində 7:1 hesablı qələbə qazanıb. “Sillamae Silla” isə “Uddevalla”ya 3:10 hesabı ilə məğlub olub. Çempionlar Liqası İlkin mərhələ H qrupu, II tur 22 avqust 18:00. “Sillamae Silla” – “Araz-Naxçıvan” Hakimlər: Daniel Stauber (Avstriya), Trayan Enchev (Bolqarıstan), Pavel Tokarevicz (Polşa) Timekeeper: Kastriot Gerxhaliu (İsveç) Hakim-inspektor: Timo Onatsu (Finlandiya) UEFA nümayəndəsi: Andris Utinans (Latviya) Uddevalla. Agnebergshallen

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
6
matc.az

10Mənbələr