AZ

Bu gün saat 18:00: “Araz-Naxçıvan” – “Sparta Belfast”

Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” bu gün ilkin mərhələdə birinci oyununa çıxacaq. H qrupunda yer alan təmsilçimiz ilk oyununu Şimali İrlandiyanın “Sparta Belfast” kollektivinə qarşı keçirəcək.
İsveçin Udevalla şəhərində yerləşən “Agnebergshallen” zalında keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Qrupun digər matçında Estoniyanın “Sillamae Silla” komandası yerli “Uddevalla” ilə qarşılaşacaq.
Qeyd edək ki, qrupun növbəti oyunları avqustun 22-də və 24-də keçiriləcək. Bütün görüşlər İsveçdə təşkil olunacaq.
 
21 avqust
 
“Araz-Naxçıvan” – “Sparta Belfast”
Agnebergshallen. Saat 18:00
Hakimlər: Trayan Enchev (Bolqarıstan), Yasin Alageyik (Belçika), Daniel Stauber (Avstriya)
Timekeeper: Kastriot Gerxhaliu (İsveç)
Hakim-inspektor: Timo Onatsu (Finlandiya)
UEFA nümayəndəsi: Andris Utinans (Latviya)
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
6
affa.az

10Mənbələr