AZ

Azərbaycan çempionu bu gün ilk oyununa çıxır

Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” bu gün ilkin mərhələdə birinci oyununa çıxacaq. Matc.az xəbər verir ki, H qrupunda yer alan təmsilçimiz ilk oyununu Şimali İrlandiyanın “Sparta Belfast” kollektivinə qarşı keçirəcək. Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” bu gün ilkin mərhələdə birinci oyununa çıxacaq. Matc.az xəbər verir ki, H qrupunda yer alan təmsilçimiz ilk oyununu Şimali İrlandiyanın “Sparta Belfast” kollektivinə qarşı keçirəcək. İsveçin Udevalla şəhərində yerləşən “Agnebergshallen” zalında keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Qrupun digər matçında Estoniyanın “Sillamae Silla” komandası yerli “Uddevalla” ilə qarşılaşacaq. Qeyd edək ki, qrupun növbəti oyunları avqustun 22-də və 24-də keçiriləcək. Bütün görüşlər İsveçdə təşkil olunacaq.   Çempionlar Liqası İlkin mərhələ, H qrupu 21 avqust 18:00. “Araz-Naxçıvan” – “Sparta Belfast” Hakimlər: Trayan Enchev (Bolqarıstan), Yasin Alageyik (Belçika), Daniel Stauber (Avstriya) Timekeeper: Kastriot Gerxhaliu (İsveç) Hakim-inspektor: Timo Onatsu (Finlandiya) UEFA nümayəndəsi: Andris Utinans (Latviya) Uddevalla. “Agnebergshallen”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
6
matc.az

10Mənbələr