AZ

Bu gün saat 16:00: “Uddevalla” – “Araz-Naxçıvan”

Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” bu gün ilkin mərhələdə sonuncu oyununa çıxacaq. H qrupunda yer alan ölkə çempionu İsveçin “Uddevalla” kollektivi ilə qarşılaşacaq.
Udevalla şəhərində yerləşən “Agnebergshallen” zalında keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Hər iki komanda ilk iki turda qələbə qazansa da, “Araz-Naxçıvan” top fərqinə görə turnir cədvəlinə başçılıq edir. Təmsilçimiz qələbə və ya heç-heçə təqdirində, qrup birincisi kimi əsas mərhələyə vəsiqə əldə edəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” ilk iki turda “Sparta Belfast”ı (Şimali İrlandiya) 7:1, “Sillamae Silla”nı (Estoniya) isə 7:0 hesabı ilə məğlub edib.
 
24 avqust
 
“Uddevalla” – “Araz-Naxçıvan”
Agnebergshallen. Saat 16:00
Hakimlər: Pawel Tokarewicz (Polşa), Trayan Enchev (Bolqarıstan), Yasin Alageyik (Belçika)
Timekeeper: Kastriot Gerxhaliu (İsveç)
Hakim-inspektor: Timo Onatsu (Finlandiya)
UEFA nümayəndəsi: Andris Utinans (Latviya)
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
1
affa.az

10Mənbələr