AZ

DSX-nin həlak olan mayoru ilə vida mərasimiKEÇİRİLİR

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ildırım vurması nəticəsində həlak olan mayor Baxışlı Baxış Elşən oğlu ilə Tərtərdə vida mərasimi keçirilir.

Mərasim başa çatdıqdan sonra şəhid mayor Tərtər rayon İsmayılbəyli kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, iyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
38
xezerxeber.az

10Mənbələr