AZ

Hərbçimizlə vida mərasimi keçirildi - Video

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində həlak olan əsgəri Nağıyev Əli Elşən oğlu ilə Gəncə şəhərində vida mərasimi keçirilib.      Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, mərasimdə rayonun və DSX-nin rəsmiləri, şəhidin ailə üzvləri, hərbçi yoldaşları, sakinlər iştirak edirlər. Onun nəşi dəfn olunmaq üçün Şəhidlər xiyabanına aparılıb. Qeyd edək ki, iyunun 9-da DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
38
manset.az

10Mənbələr