AZ

DSX-nin həlak olan əsgəri Əli Nağıyev Gəncədə dəfn edilib

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində iyunun 9-da ildırım vurması nəticəsində həlak olan əsgəri Əli Elşən oğlu Nağıyevlə Gəncə şəhərində keçirilən vida mərasimi başa çatıb. SİA-nın məlumatına görə, əsgər Əli Nağıyev Gəncə Şəhidlər Xiyabanında dəfn olunub.

Xatırladaq ki, DSX-nin Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
27
sia.az

10Mənbələr