AZ

Daxili siyasətDSX-nin ildırım vurması nəticəsində həlak olan mayoru Baxış Baxışlı Tərtərdə dəfn edilib

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində iyunun 9-da ildırım vurması nəticəsində həlak olan hərbçisi, mayor Baxış Elşən oğlu Baxışlı ilə Tərtərdə keçirilən vida mərasimi başa çatıb.

“Far.Az”un yerli bürosunun məlumatına görə, mayor Baxış Baxışlı Tərtər rayonunun İsmayılbəyli kənd qəbiristanlığında dəfn olunub.

Xatırladaq ki, DSX-nin Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
38
far.az

10Mənbələr