AZ

İldırım vurması nəticəsində həlak olan DSX mayoru dəfn edilib

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində həlak olan mayoru Baxışlı Baxış Elşən oğlu ilə Tərtərdə vida mərasimi keçirilib.

Oxu24.com xəbər verir ki, şəhid zabitin nəşi Tərtərin İsmayılbəyli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, DSX-nin Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
38
oxu24.com

10Mənbələr