AZ

Hərbçimizlə vida mərasimi keçirilir - Fotolar

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində həlak olan əsgəri Nağıyev Əli Elşən oğlu ilə Gəncə şəhərində vida mərasimi başlayıb. 

“Qafqazinfo”nun məlumatına görə, hərbçimizin nəşi gecə saatlarında Gəncədə ailəsinin yaşadığı evə gətirilib.  

Qeyd edək ki, iyunun 9-da DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.

Yunis Quliyev




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
9
qafqazinfo.az

10Mənbələr