AZ

Məhkəmə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən şəxslə bağlı qərar verəcək

Yevlaxda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Yavər Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Bilal Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası iyunun 11-nə təyin olunub.

Qeyd edək ki, Yavər Həsənov idarə etdiyi VAZ-21061 markalı avtomobillə idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Nəticədə övladı, 2019-cu il təvəllüdlü Məna Həsənov ölüb. Y.Həsənova qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
50
e-huquq.az

10Mənbələr