AZ

Məhkəmə piyadanın ölümündə təqsirləndirilən sürücü ilə bağlı qərar verəcək

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Rauf Rüstəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün NərimanovMəhkəm Rayon Məhkəməsinə göndərilib.

İş hakim Həbib Həsənovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 4-də keçiriləcək.

Qeyd edək ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Belə ki, Rauf Rüstəmov idarə etdiyi “Xəzər” markalı avtomobillə yolu keçməyə çalışan piyadalar - 1948-ci il təvəllüdlü Hüseynova Sara Abdulla qızını və Fərzəliyeva Sevil Abbas qızını vurub. Nəticədə S.Fərzəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, Sara Hüseynova isə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
50
e-huquq.az

10Mənbələr