AZ

Masallıda bank kartından oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Masallıda bank kartından oğurluq etməkdə təqsirləndirilən Namiq Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

Hakim Ellara Abbasovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş Namiq Qasımov Masallıda soyğunçuluq yolu ilə bir nəfərin bank kartından 1200 manat pul çıxarmaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
50
e-huquq.az

10Mənbələr