AZ

“MİDA” ilə qalmaqallı şirkət arasında məhkəmə çəkişməsi

“MİDA” MMC “KAT Holdinq”i məhkəməyə verib.
 
Valyuta.az xəbər verir ki, şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. 

Günay Həşimova iş üzrə hakim təyin edilib. 

İşin mahiyyəti barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. 

“KAT Holdinq” 11 aprel 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 manatdır. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında şirkətin qanuni təmsilçisi haqqında heç bir qeyd yoxdur. 

Araşdırmalarımız zamanı məlum olub ki, “KAT Holdinq”in təsisçisi Ələkbərov Elçin Bəşir oğlu, şirkətin qanuni təmsilçisi isə İbadov Mail Məcid oğlu olub.
 
Hər iki şəxs barəsində bir neçə ilə cinayə işi başlanıb. Elçin Ələkbərov Cinayət Məcəlləsinin 178.4 (Dələduzluq- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.4 (Mənimsəmə və ya israf etmə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4 (Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq etmə), 312.1 (Rüşvət vermə), 313 (Vəzifə saxtakarlığı) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə İbadov Mail Məcid oğlu isə Cinayət Məcəlləsinin 179.4 (Mənimsəmə və ya israf etmə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham edilib. 

İttihama görə, Elçin Ələkbərov Litva Respublikası vətəndaşı Povilas Pociusa məxsus 3 520 763 manat (2 070 745 ABŞ dolları) məbləğində pul vəsaitlərinin ələ keçirilərək dələduzluq edilməsinə, habelə təqsirləndirilən şəxslər tərəfindən “Kat Holdinq” MMC-yə məxsus olmaqla onlara etibar edilmiş ümumilikdə 34 şəxs tərəfindən mənzil satışına görə ödənilmiş cəmi 1 900 128,68 manat məbləğində pul vəsaitinin 1 569 404,68 manatının mənimsəyib və digər cinayət əməlləri törədib.

İşin məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində aparılıb. Nəticə haqqında məlumat yoxdur. 

“MİDA” MMC-yə gəlincə, şirkət Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir. “MİDA” MMC-nin rəhbəri Fərhad Təhməzovdur. O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin qardaşıdır. 

Hüseyn

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
50
valyuta.az

10Mənbələr