AZ

Sumqayıtdakı qalmaqallı tokvurma hadisəsi ilə bağlı məhkəmə başlayır

Sumqayıtda elektrik cərəyanı vurması nəticəsində 10 yaşlı Aslan Əliyevin ağır xəsarət alması ilə bağlı başlanan cinayət işinin ibtidai istintaqı yekunlaşıb. 

Qaynarinfo xəbər verir ki, iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. İyunun 13-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Samir İsmayılovun sədrliyi ilə keçiriləcək. 

Məlumat üçün deyək ki, bu hadisə ilə bağlı Əhliman Mahmudov adlı şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. 

Əhliman Mahmudovun vəzifəli şəxs olduğu bildirilir. Lakin onun konkret hansı vəzifəni daşıması barədə bilgi yoxdur. 

Seyid
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
1
qaynarinfo.az

10Mənbələr