Yevlaxda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Yavər Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Bilal Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası iyunun 11-nə təyin olunub.
Qeyd edək ki, Yavər Həsənov idarə etdiyi VAZ-21061 markalı avtomobillə idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Nəticədə övladı, 2019-cu il təvəllüdlü Məna Həsənov ölüb. Y.Həsənova qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə