AZ

Sumqayıtda dəhşətli qətllə bağlı istintaq başa çatdı

Sumqayıt şəhərində qətl hadisəsi törətməkdə ittiham olunan 1993-cü il təvəllüdlü Habil Qonşəliyevin cinayət işi üzrə ibtidai istintaq baş çatıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Nurəddin Hüseynlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 5-nə təyin edilib. 

İttihama görə, bu ilin fevralın 4-də itkin düşmüş Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Rüfət Abdullayevin üzərində xəsarət izləri olan meyitinin Bakı-Quba magistral yolunun kənarında aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırma zamanı Rüfət Abdullayevin aralarında yaranmış mübahisə zamanı 1993-cü il təvəllüdlü Habil Qonşəliyev tərəfindən yumruq və təpiklə yetirilmiş xəsarətlər nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanıb, Habil Qonşəliyev iş üzrə prokurorluğun qərarı ilə şübhəli şəxs qismində tutulub.

Hadisəni törədən Habil Qonşəliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Fariz Məlikli
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
50
demokrat.az

10Mənbələr