Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Nurəddin Hüseynlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 5-nə təyin edilib.
İttihama görə, bu ilin fevralın 4-də itkin düşmüş Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Rüfət Abdullayevin üzərində xəsarət izləri olan meyitinin Bakı-Quba magistral yolunun kənarında aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırma zamanı Rüfət Abdullayevin aralarında yaranmış mübahisə zamanı 1993-cü il təvəllüdlü Habil Qonşəliyev tərəfindən yumruq və təpiklə yetirilmiş xəsarətlər nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanıb, Habil Qonşəliyev iş üzrə prokurorluğun qərarı ilə şübhəli şəxs qismində tutulub.
Hadisəni törədən Habil Qonşəliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Fariz Məlikli
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Sources
-
bakupost.azSumqayıtdakı qalmaqallı tokvurma hadisəsi ilə bağlı məhkəmə başlayır ( 7111501)
-
qaynarinfo.azSumqayıtdakı qalmaqallı tokvurma hadisəsi ilə bağlı məhkəmə başlayır ( 7109992)
-
e-huquq.azMəhkəmə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən şəxslə bağlı qərar verəcək ( 7056889)
-
qaynarinfo.azCəmil Məmmədlinin apellyasiya şikayəti üzrə məhkəmə başladı ( 7049008)
-
e-huquq.azMasallıda bank kartından oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır ( 7034467)
-
e-huquq.azİki məktəblinin öldüyü yol qəzası ilə bağlı məhkəmə başlayır ( 7008688)
-
valyuta.az“MİDA” ilə qalmaqallı şirkət arasında məhkəmə çəkişməsi ( 6924478)
-
demokrat.azSumqayıtda dəhşətli qətllə bağlı istintaq başa çatdı ( 6863449)
-
e-huquq.azSumqayıtda 72 yaşlı qadının ölümünə səbəb olan sürücü ilə bağlı qərar veriləcək ( 6833455)
-
e-huquq.azMəhkəmə piyadanın ölümündə təqsirləndirilən sürücü ilə bağlı qərar verəcək ( 6824377)