AZ

Bundesliqanın 60 illik rekordu qırıldı

Almaniya Bundesliqasının 28-ci turunun "Haydenhaym"la matçı "Bavariya"nın hücumçusu Harri Keyn üçün əlamətdar olub.

“İki sahil” xəbər verir ki, o, 2023/2024 mövsümündə 32-ci qolunu vurub.  

Matçın 38-ci dəqiqəsində Keyn Serj Qnabrinin ötürməsi ilə oyunda hesabı açıb. Nəticədə o, Bundesliqada debüt mövsümündə 32-ci qolunu vurub. Bununla da Keyn rekorda imza atıb. Daha əvvəl heç bir futbolçu debüt mövsümündə 32 qol vurmamışdı.  

Əvvəlki rekord (31 qol) 1963/1964 mövsümündə "Hamburq"da çıxış edən Uve Seelere məxsus idi.

Xatırladaq ki, Keyn 2023-cü ilin yayında “Tottenhem”dən “Bavariya”ya keçib.

Seçilən
82
4
Mənbələr
Şərh ()
Bağla