AZ

Harri Keyn Bundesliqada daha bir nailiyyətə imza atdı

Bundesliqanın 25-ci turunda “Maynts”la ev oyunu (8:1) “Bayern”in mərkəz hücumçusu Harri Keyn üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, ingilis forvard bu oyunda het-trikə imza atıb.

Beləliklə, Keyn Bundesliqada debüt mövsümündə 4 het-trikə imza atmış oyunçu kimi adını tarixə yazdırıb.

Bundan əvvəl ingilis hücumçu Bundesliqanın 7-ci turunda “Bohum”la (7:0), 9-cu turunda “Darmştadt”la (8:0), 10-cu turunda Dortmund “Borussiya”sı ilə oyunda (4:0) het-triklə fərqlənmişdi.

Hazırda Keyn 25 oyunda vurduğu 30 qolla Bunesliqanın ən sərrast futbolçusudur. İngilis hücumçunun hesabında həmçinin 6 məhsuldar ötürmə var. Qolların və məhsuldar ötürmələrin cəmi (30 qol və 6 məhsuldar ötürmə) üzrə Keyn Bundesliqanın cari mövsümünün ən səmərəli futbolçusudur.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 34 oyuna çıxıb, 36 qol vurub, 11 məhsuldar ötürmə verib.

Keyn hazırda kapitanı olduğu, 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 89 oyun keçirib, 62 qol vurub, 19 məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı ingilis mərkəz hücumçusunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
111
1
Mənbələr
Şərh ()
Bağla