AZ

Keyn sağaldı

style='margin-bottom:10px;'>

"Bavariya"nın hücumçusu Harri Keyn zədəsini sağaldıb.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli futbolçu komanda ilə məşqlərə başlayıb.

Xatırladaq ki, 30 yaşlı oyunçu Almaniya Bundesliqasının 26-cı turunun “Darmştadt”la matçına (5:2) zədələnmişdi. Bu səbəbdən o, İngiltərə millisinin bu ay keçirilən yoxlama görüşlərini buraxmaq məcburiyyətində qalmışdı.

Qeyd edək ki, Keyn bu mövsüm Münhen təmsilçisinin 35 oyuna çıxıb, 37 qol vurub və 12 qolun ötürməsini verib.

Seçilən
105
7
Mənbələr
Şərh ()
Bağla