AZ

"Bavariya"nın hücumçusu Bundesliqanın tarixinə düşdü

"Bavariya" Bundesliqanın XXV turunda "Maynts"ı darmadağın edib - 8:1.

Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisinin hücumçusu Harri Keyn görüşdə üç qol vurub. İngiltərəli forvard bu mövsüm 4-cü dəfə het-trik edib.

Keyn Bundesliqada debüt mövsümündə 4 het-trik edən ilk oyunçu olub. Hücumçu ümumilikdə çempionatda 30 qola imza atıb.
Seçilən
161
7
Mənbələr
Şərh ()
Bağla